EN

Saat 11:00 da işıqlar sönəcək SƏBƏB

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində sentyabrın 24-də 35 kV-luq "Əminli" hava xəttində təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin bir hissəsində, eləcə də rayonun Dəlləkli, Əminli, Ərəb, Hacıtəpə, Həsənli, Xallıcalı, Xırmandalı, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
10
bizim.media

10Sources