EN

Azərbaycanın tanınmış şahmat hakimi vəfat edib

Azərbaycan şahmat ictimaiyyətinə ağır itki üz verib. Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov xəstəlik səbəbindən dünyasını dəyişib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Qüdrət İsmayılov bir çox beynəlxalq və respublika yarışlarında baş hakim və baş katib kimi çıxış edib. Uzun illər Quba şahmat məktəbinə rəhbərlik edən mərhum, ölkədə şahmatın inkişafı üçün mühüm layihələrin müəllifi olub.

Chosen
16
metbuat.az

1Sources