EN

Rubio və Lavrov bu gün Nyu Yorkda görüşəcəklər

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubionun sentyabrın 24-də yerli vaxtla saat 12:00-da (20:00) Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqladığı cədvəldə deyilir.

Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək sentyabrın 23-də Nyu-Yorka yola düşüb.

Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov ölkə mətbuatına müsahibəsində qeyd edib ki, Rusiya nümayəndə heyəti BRİKS, G20, KTMT və BMT Nizamnaməsinin Dostları Qrupu ilə bağlı olanlar da daxil olmaqla, nazirlər səviyyəsində bir sıra tədbirlər planlaşdırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
icma.az

2Sources