EN

Azərbaycan neftinin qiyməti artıb

Finss.az - Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, neftin 1 barelinin qiyməti 1,76 ABŞ dolları və ya 2,53% artaraq 71,22 ABŞ dollarına yüksəlib.

Azərbaycan neftinin əvvəlki qiyməti 69,46 ABŞ dolları təşkil edirdi.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Chosen
39
2
fins.az

10Sources