EN

Xocalı azad Azərbaycanın ədalət simvoludur- ÖZƏL

"30 il işğal altında qalan torpaqlarımıza ədaləti kim qaytardı sualını cavabı birmənalıdır - xalqın iradəsi, ordunun qəhrəmanlığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu. Xankəndinin azadlığı Azərbaycanın tarixi məqamıdır. Çünki uzun illər boyu düşmən təbliğatı Xankəndini "erməni şəhəri" kimi təqdim etməyə çalışırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Amma 20 Sentyabrda bütün dünya gördü ki, Xankəndi Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Burada ucalan bayraq təkcə bir rəmz deyil - bu, haqqın, ədalətin, tarixin səsidir. Xocalının azadlığı bəşəriyyətə mesaj oldu ki, qətliamlara, soyqırımlara baxmayaraq, Azərbaycan xalqı qisası ədalətlə alır. Xocalı küçələrində dalğalanan üçrəngli bayraq şəhidlərin ruhunu rahatlatdı.
Bu gün Xocalı azad Azərbaycanın ədalət simvoludur. Xocavənd torpağına ayaq basan hər kəs bir həqiqəti görür: bu torpaq 30 illik işğalı rədd etdi, haqqı öz sahibinə qaytardı. Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri bir daha göstərdi ki, Azərbaycan burada yalnız qələbə deyil, həm də quruculuq dastanı yazır. Ağdərənin azadlığı Azərbaycanın zəfər mozaikasını tamamladı. Qarabağın bu strateji bölgəsi düşmənin illərlə gizləndiyi qalalardan biri idi. Amma 20 Sentyabrda bu qala da sındı, Azərbaycan bayrağı ən yüksək zirvələrə sancıldı. 20 Sentyabr - Azərbaycanın bütövlüyünün, dövlət suverenliyinin tam bərpasının rəsmi möhürüdür. Bu tarix göstərdi ki, nə qədər güclü himayədarlara arxalansa da, işğal siyasəti daima məğlubiyyətə məhkumdur. Prezident İlham Əliyevin sözləri bu günün ən böyük şüarı oldu: "Biz ərazi bütövlüyümüzü tam bərpa etdik, suverenliyimizi təmin etdik və heç bir güc bu həqiqəti dəyişə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources