EN

Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri bu tədbirin prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsinə və ümumi çağırışların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə edib.  
Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
5
olaylar.az

10Sources