Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında Xorvatiyaya 497 milyon 444 min dollar dəyərində 919 min 870 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 129 milyon 557 min dollar və ya 20,7% azalıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 8,5% azalıb. Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub.
Qeyd edək ki, ötən ilin 8 ayında idxal edilən neftin dəyəri 627 milyon 1 min dollar, miqdarı isə 1 milyon 5 min 81 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!