EN

Xoşqədəm Hidayətqızı efirdə ağladı - Balalarım anasız qalmasın

Aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində kövrək anlar yaşayıb.

Yenisabah.az xəbər verir ki, o, bir müddət əvvəl itirdiyi valideynlərindən danışaraq, onlar üçün darıxdığını bildirib:

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Heç yoxluqlarına da öyrəşə bilmirəm". pizza

Aparıcı qeyd edib ki, onu həyatda saxlayan iki körpə uşağıdır:

"Dünən getdim onların məzarının üstünə. Dedilər ki, yaşlı qadın gəlmişdi. Bildim ki, rayondan bacım gəlib. 1 saat oturdum məzarlarının başında. Gördüm qardaşım övladları ilə gəlib. Dünyanın ən xoşbəxt insanı, həyat yoldaşı ola bilərsiniz, amma ananız yoxdursa, sizin heç nəyiniz yoxdur. Həyatda mənim üçün ən maraqlı şeylərin də dadı qalmayıb. Məni həyatda tutan iki körpə uşağımdır. Anasız qalmasınlar deyə, mücadilə aparıram. İlk oğlum artıq böyükdür. Ata və ananızın qədrini bilin. Onları itirəndən sonra peşman olacaqsınız. Hər həftə saatlarla onların məzarı başında otururam". 

Aydan Hacı 


Telegram kanalımız
Chosen
23
7
yenisabah.az

9Sources