Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət olunub.
QOL.az " Bola"ya istinadən xəbər verir ki, onun Kaskais qəsəbəsindəki evindən oğurluq edilib.
Oğrular mətbəxdən evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.
Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasında işləyir.