EN

Qəzzaya yardım aparan gəmilərə hücum olub

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanması beynəlxalq sularda pilotsuz təyyarə hücumlarına məruz qalıb.Reyting.az xəbər verir ki, Qəzzaya humanitar yardım çatdırmaq üçün Tunisdən yola düşən və 44 ölkədən fəalların dəstəklədiyi Qlobal Sumud Donanması (GSF) Yunanıstan sahillərindəki beynəlxalq sularda şübhəli pilotsuz təyyarələrin hücumu ilə üzləşiblər. GSF-nin bəyanatında deyilir: “Çoxlu dronlar naməlum yad cisimləri yerə atıb, əlaqə kəsilib, partlayış səsləri eşidilib. Bu, psixoloji əməliyyatlar bizi qorxuda bilməz”.Bəyanatda “Bizim əzmimiz daha güclüdür. Bu taktika bizi Qəzzaya yardım çatdırmaq və qeyri-qanuni mühasirəni qırmaq missiyamızdan yayındırmayacaq. Bizi qorxutmağa yönəlmiş hər hansı cəhd yalnız qətiyyətimizi gücləndirəcək”,- ifadəsi yer alıb.ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
reyting.az

2Sources