EN

Ermənistan millisinin futbolçusu Ronaldu ilə forma dəyişə bilmədi

BAKI, 24 sentyabr. TELEQRAF

Ermənistan millisinin futbolçusu Eduard Spertsyan DÇ-2026-nın seçmə mərhələsində evdə Portuqaliya yığmasına 0:5 hesabı ilə uduzduqları oyundan sonra Kriştianu Ronaldu ilə forma dəyişmək istəsə də, bu, baş tutmayıb.

Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi mövzu ilə bağlı TASS-a açıqlama verib.
“Ronaldu ilə forma dəyişmədim. Onun formasını heç kim almadı, özü dedi ki, Portuqaliyada verəcək. Azarkeşlərin hamısı Ronaldunun üzərində cəmlənmişdilər. Təbii ki, ulduz gəlmişdi”– deyə, Spertsyan qeyd edib.

Qeyd edək ki, Portuqaliya – Ermənistan qarşılaşması seçmə mərhələnin növbəti turunda 16 noyabrda keçiriləcək.

Chosen
17
teleqraf.com

1Sources