EN

Ukraynanın şərqində ağır döyüşlər davam edir: Rusiya ordusu irəliləməyə çalışır

Ukraynanın şərqində Rusiya ordusu Novopavlovsk istiqamətində irəliləməyə çalışır, lakin əməliyyatlar əhəmiyyətli itkilərlə müşayiət olunur.

Ulusal.az  xəbər verir ki, bu barədə “Dnepr” Operativ-Strateji Qruplaşması məlumat yayıb.

Əsas hücumlar Filial, Yanvar, Novovasilyevka, Kamışevaxa, Novoselovka və Poddubnı ərazilərində cəmləşib.

Eyni zamanda, Cənub-Slobojansk istiqamətində — Volçansk və Otradnı, həmçinin Kupyansk yaxınlığında ağır döyüşlər davam edir. Doroşevka, Petropavlovka və Kupyansk rayonlarında Rusiya qüvvələrinin hücum cəhdləri uğursuz olub.

Liman istiqamətində Rusiya ordusu Luqansk və Donetsk əyalətləri arasında inzibati sərhədə doğru irəliləməyə çalışır.

Ukrayna qüvvələri isə Novomixaylovka, Şandrigolovo, Drobışevo, Torsk və Serebryanski meşəlik ərazilərindəki hücumları dəf edib, mövqelərin itirilməsinə yol verməyib.

Chosen
18
moderator.az

1Sources