EN

Yepiskop Aleksiy: Vətən müharibəsində pravoslav xristianlar müsəlman və yəhudilərlə birlikdə səslərini ucaltdılar

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan həmişə milliyyətindən və hansı regiondan olmasından asılı olmayaraq, bütün vətəndaşların bir ailə kimi yaşadığı tolerant və multikultural ölkə olub”.

APA bunu Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalarının Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı pravoslav xristianlar müsəlman və yəhudi qardaşları ilə birlikdə doğma yurdlarının işğalçılardan müdafiəsi üçün səslərini ucaltdılar: “Birinci Qarabağ müharibəsi zamanı da bir çox rus vətəndaşı vuruşub. Onların arasında Azərbaycanın Milli Qəhrəmanlarına çevrilmiş Yuri Kovalev və İqor Makeyev var idi. Denis Pronin və Dmitri Solntsev isə İkinci Qarabağ müharibəsində həlak olublar. Biz onların adlarını həmişə xatırlayacaq, ruhlarının şad olması üçün Allahdan dua edəcəyik. Amma şəhid olan qəhrəmanları xatırlayarkən unutmamalıyıq ki, Vətənə qələbə ilə qayıdan müxtəlif millətlərdən olan insanlar bizimlə bərabər yaşayırlar. Onların bir çoxu yaralanıb, reabilitasiyadan keçib, uzun müddət müalicə olunub və sonradan əvvəlki həyatlarına qayıda biliblər. Mən onlarla görüşmüşəm”.

Aleksiy qeyd edib ki, Vətən müharibəsində qələbə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Bu bizə itirilmiş əraziləri geri qaytarmağa, təhlükəsizliyi təmin etməyə, regionlarda iqtisadi inkişafa şərait yaratmağa imkan verdi. Hökumətimiz infrastrukturun bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların tikilməsi proqramına start verib. İşğaldan azad edilən rayonların sakinləri evlərinə qayıdaraq yeni həyata başlaya biliblər. Bundan əlavə, qələbə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirib, xarici təhlükələr qarşısında öz ərazisini və əhalisini müdafiə etmək qabiliyyətini nümayiş etdirib”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
3
icma.az

4Sources