EN

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO

BAKI, 24 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nizami rayon 214 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Şabran şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon 148 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon “Xıllı Balıq” MMC-də, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayon Yolayrıc və Höytala kəndlərində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Chosen
195
5
teleqraf.com

10Sources