AZ

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

BAKI, 30 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə, Bakı Regional Mərkəzi tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasında və Nəsimi rayonu 5 nömrəli şəhər poliklinikasında, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Kardiorevmotoloji Sanatoriyasında və Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən parklarda və istirahət mərkəzlərində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan Gömrük Postunda, Şimal Regional Mərkəzi tərəfindən “Şahdağ” İstilik Elektrik Stansiyasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Seçilən
141
10
teleqraf.com

10Mənbələr