Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Kaskais qəsəbəsindəki evi qarət olunub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “The sun” nəşri yazıb.
Bildirilib ki, oğrular evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.
Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasını çalışdırır.
"Cebheinfo.az"