AZ

Baş məşqçinin evi qarət olundu

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Kaskais qəsəbəsindəki evi qarət olunub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “The sun” nəşri yazıb. 

Bildirilib ki, oğrular evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasını çalışdırır.

"Cebheinfo.az" 

Seçilən
20
11
cebheinfo.az

10Mənbələr