EN

Qəzza paylaşımına görə işdən çıxarılan avstraliyalı jurnalistə 150 min dollar təzminat ödəniləcək

Avstraliyanın dövlət yayım qurumu ABC, Qəzza müharibəsi ilə bağlı paylaşımına görə işdən azad etdiyi jurnalist Antoinette Lattouf-a görə məhkəmə qərarı ilə 150 min dollar təzminat ödəməyə məcbur edilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Federal Məhkəməsi Lattouf-un haqsız yerə işdən çıxarıldığını müəyyənləşdirib. Qərara əsasən, ABC daha əvvəl ödənilən 70 min dollara əlavə olaraq 150 min dollar da təzminat verməlidir.

İsrail yönümlü lobbilərin təsiri

Məhkəmə işində Lattouf-un işdən azad edilməsində İsrail tərəfdarı lobbilərin təzyiqinin rol oynadığı vurğulanıb. Hakim Darryl Rangiah qərarında bildirib: "ABC bu cəzanı sadə bir ödəniş kimi qəbul edə bilməz. Bu, dərs xarakterli olmalıdır".

Xatırladaq ki, jurnalist 2023-cü ildə ABC Radio Sydney-də çalışarkən, Qəzzada aclığı müharibə aləti kimi istifadə edildiyini bildirən İnsan Haqları İzləmə Təşkilatının (HRW) hesabatını sosial mediada paylaşmışdı. Bu paylaşımından üç gün sonra onun işinə xitam verilib.

Məhkəmə qərarından sonra ABC həm jurnalistdən, həm də tamaşaçılardan üzr istəyib və qurumun müstəqilliyi ilə bağlı tənqidlərin haqlı olduğunu etiraf edib. Lattouf isə işdən çıxarılmasının peşəkar fəaliyyətinə və şəxsi həyatına "çox ciddi təsirlər" göstərdiyini bildirib.

Chosen
41
1
far.az

2Sources