EN

Neftçi böyük klubdur, onlara qarşı oynamaq həmişə çətindir MÜSAHİBƏ

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev Sportal.az saytına müsahibə verib.

- "Karvan” son turda “İmişli”yə uduzdu Bunun səbəbini nədə görürsən? 

- İstədiyimiz nəticə bu deyildi. Çox səbəb gətirmək olar. Bu oyunda qalib gəlmək istəyirdik. Ancaq heç nə alınmadı. Sonda da uduzduq. Belə oyunlardan sornadanışmaq çox çətindir. Konkret səbəblərdən yapışmaq istəməzdim. Ancaq səbəb çoxdur.

- Komanda bundan əvvəl "Şamaxı"ya, ondan əvvəl də "Qarabağ"a uduzmuşdu. Üç oyuna 8 qol buraxdınız. Problemi nədə görürsən?

- Son oyunlarda çox qol buraxırıq. Qolu tez buraxanda, bizim komandaların oyunda qalması çətin olur. Söhbət psixoloji cəhətdən gedir. Toparlanmaq çətin olur. Daha diqqətli olmalıyıq. Yeni komandayıq, çatışmazlıq çox olacaq. Üzərində işləmək lazımdır ki, daha az səhv edək. Gələcəyə baxmaq lazımdır. 

- "Karvan-Yevlax" hazırda 11-ci pillədədir. Yəqin ki, bu vəziyyət sizi razı salmır?

- Təbii ki, 11-ci pillədə olmaq heç kimi razı sala bilməz. İdman prinsipində də belədir. Sonlarda olmaq xoş hal deyil. İşləmək və səhvləri aradan qaldırmalı, müdafiədə daha diqqətli olmalyıq.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş haqda fikrin necədir? "Neftçi"dən səfərdə xal ala bilərsiz?

- “Neftçi” keyfiyyətli komandadır. Öz evində oynayırlar, bu da onlar üçün üstünlükdür. Son oyunda da qalib gəliblər. “Neftçi” böyük klubdur. Onlara qarşı oynamaq həmişə çətindir. Öz oyunumuza və az səhv etməyə köklənməliyik. Müdafiədə etibarlı oynamalısan ki, hansısa xala ümid edəsən.

- "Neftçi" bu mövsüm qələbə qazana bilmirdi. Ancaq "Sumqayıt" üzərində qalibiyyət əldə etdilər. Yəqin ki, bu onlar üçün əlavə motivasiya olacaq?

- “Neftçi” “Nefçtçi”dir. Son oyunda da udublar, motivasiyalı olacqqlar. Amma biz də meydana gəzintiyə çıxmayacağıq. Sona qədər mübarizə aparacağıq.

- "Karvan-Yevlax" ev oyunlarını doğma stadionunda, Yevlaxda keçirməməsi sizi nə dərəcədə məyus edir və dezavantaj olur?

- Doğma meydanda oynamaq hər cəhətdən üstünlükdür. “Karvan-Yevlax”ın çox yaxşı azarkeşləri var. Hər zaman tribunalar da dolu olub. Biz də istəyərdik ki, evdə oynayaq. Amma hər oyunumuz səfərdədir. Allah qoysa, problemlər tezliklə aradan qalxar və evimizdə oynayarıq.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
sportal.az

2Sources