EN

Manafın sözləri canlı efirdə gərginlik yaratdı - VİDEO

ARB TV-də yayımlanan “Günə Uğurla” verilişində gərgin anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, aparıcının müğənni Arzu Qarabağlıya ünvanladığı “Eşitdim ki, Manaf Ağayevdən incikliyiniz var, az da olsa” sualı mübahisəyə səbəb olub.

Arzu Qarabağlı bu suala, “Gərək bunu deməyəydin, bəli incimişəm” cavabını verərək incikliyini etiraf edib.

Manaf Ağayev isə öz növbəsində, “Bilsəydim ki, Arzu xanım efirə gəlib, mən gəlməzdim” sözləri ilə münasibət bildirib. Onların bu açıqlamaları efirdə gərgin anların yaşanmasına səbəb olub.

Qeyd edək ki, “Günə Uğurla” verilişi  ARB TV-nin efirində yeni mövsündən Yalçın Uğurun tədimatında həftə içi beş gün 09:45-də yayımlanır.  

Daha ətraflı video məlumatı təqdim edirik:

Chosen
7
4
redaktor.az

6Sources