EN

Azərbaycanlı hakim Belçikanın matçını idarə edəcək

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

"Unikal" AFFA-ya istinadən xəbər verir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Chosen
32
5
unikal.az

10Sources