EN

Onun üçüncü dəfə baş məşqçi postuna təyinatı realdırmı?

«Kəpəz»in yeni baş məşqçisi kim olacaq?

Bu sual hazırda yalnız Gəncə publikasını qayğılandırmır.

Eyni zamanda, bütün futbol ictimaiyyəti yekun qərarın açıqlanacağı günü səbirsizliklə gözləyir.

Müxtəlif vaxtlarda iki dəfə «sarı-göylər»i çalışdırmış Şahin Diniyevin Nizami yurduna dönəcəyinə dair xəbərlər dolaşır.

Sosial şəbəkələrdə tirajlanan informasiyaya görə, ötən ilin noyabrında «Səbail»dən ayrılandan bəri işsiz olan mütəxəssislə görüş keçirilib və şərtlər müzakirə edilib. Onun üçüncü dəfə «Kəpəz»ə dönməyə artıq razılıq verdiyi, yaxın günlərdə bu təyinatın rəsmiləşəcəyi iddia olunur.

Bizdəki informasiya nədir bəs? Klubun rəsmiləri məsləhətləşmək üçün AFFA-nın bəzi mənsubları ilə əlaqə saxlayıb.

Diniyevin namizədliyi məhz onlar tərəfindən irəli sürülüb. Sadəcə, bu variantın reallaşması hazırda az inandırıcıdır.

Çünki «Kəpəz»in qərar verən əsas şəxsləri üzünü xaricə çevirib.

Əcnəbilərdən ibarət siyahıda isə 7-8 ad var. Mövqe dəyişikliyi olmasa, elə onlardan biri sükan arxasına gətiriləcək.“

Kəpəz” bir neçə gün öncə Adil Şükürovla yollarını ayırıb. Qərb bölgəsinin təmsilçisi onun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.

SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources