BAKI, 24 sentyabr. TELEQRAF
Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) adının seçilməsi üçün müsabiqə sentyabrın 25-də başlayacaq.
Teleqraf xəbər verir ki, bu gün Qazaxıstan Atom Enerjisi Agentliyində ölkənin ilk AES-inə ən yaxşı adın seçilməsi üzrə ümumrespublika müsabiqəsi üzrə komissiyanın ilk iclası keçirilib.
İclasda komissiya üzvləri təşkilati məsələlərə baxıb və ümumrespublika müsabiqəsinin keçirilməsi qaydalarını təsdiq ediblər.
Müsabiqə sentyabrın 25-də başlayacaq, oktyabrın sonuna qədər isə atom elektrik stansiyası üçün ən yaxşı ad müəyyən olunacaq.
Xatırladaq ki, bundan əvvəl Prezident Kasım-Jomart Tokayev Ulyanovskdakı atom elektrik stansiyasına adın verilməsi üçün müsabiqə keçirməyi təklif etmişdi.