EN

Ombudsman -Bakı Hava Limanında taksi xidmətində bərabər imkanlar pozulub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları 10 sentyabr 2025-ci ildən tətbiq olunan xüsusi tarif siyasətinin bərabərlik hüququna təsirini yoxlayıblar.

Monitorinqin nəticələrinə görə, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına və lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına səbəb olub.
Analiz göstərir ki, sürücülərin iqtisadi itkiləri artıb və sosial narazılıqlar yaranıb.

Ombudsman qeyd edir ki, tətbiq edilən tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsi (bərabərlik hüququ) və 59-cu maddəsi (azad sahibkarlıq hüququ), eləcə də Rəqabət Məcəlləsinin müddəalarına uyğun deyil.

Müvəkkil vətəndaşların konstitusion hüquqlarının qorunması, tariflərin şəffaf və ədalətli mexanizm əsasında müəyyənləşdirilməsi, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması və rəqabət mühitinin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı rəsmi müraciət göndərəcək.


Gülnar Nazimqızı

Chosen
10
1
anews.az

2Sources