EN

TƏBİB-dən yaralanan müəllimlərlə bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların vəziyyətini açıqlayıb.

Birlikdən Musavat.com-a verilən məlumata görə, 24.09.2025-ci il tarixində saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

“Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.Hadisə nəticəsində 16 nəfər yaralanıb. Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.

Şahanə Rəhimli
Musavat.com

Chosen
11
1
musavat.com

2Sources