EN

Azərbaycan və İran arasında Ordubad-Siyahrud körpüsünün yerləşmə imkanları müzakirə olunub

Baş nazirin müavini Şahin Mustafayev və İİR-in yol və şəhərsalma naziri Fərzanə Sadeq Təbriz və Çulfaya gedib, Araz dəhlizində görülən işlərlə tanış olublar.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olmuş, əyalətin valisi Bəhram Sərmətslə görüşmüşdür. Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanmış və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunmuş və yerləşmə ərazisinə baxış keçirilib.

Chosen
23
32
day.az

10Sources