EN

CHP-nin qurultayı: salona polislər daxil oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul qurultayı başlayandan 1 saat sonra tədbirin keçirildiyi salona polislər daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məhkəmə İstanbul Valiliyinə və Dairə Seçki Komissiyasına məktub göndərərək qurultayın təxirə salınmasını tələb edib.

Bunda sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar iclas keçirməyə qərar verib.

Qeyd edək ki, CHP-nin İstanbul rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə keçirilən İstanbul qurultayında sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və idarə heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.

Chosen
23
17
axar.az

10Sources