
BMT Baş Assambleyasında Suriyanın keçid prezidenti Əhməd əl-Şara ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında keçirilən görüş sosial mediada reaksiyalara səbəb olub.
Reyting.az xəbər verir ki, Meloninin Şaraya baxışı “sevgi duyğuları” kimi şərh edilsə də, həqiqət gözləniləndən fərqlidir.
Meloninin Şaraya baxışı sosial şəbəkədə geniş müzakirəyə çevrilsə də, bu baxışların səbəbi hörmət və ya sevgi yox, daha çox üzrxahlıq sayıla bilər. Çünki Bəşər Əsədin devrilməsindən bir neçə ay əvvələ qədər Giorgia Meloni qanlı rejimlə əlaqələri bərpa etməklə məşğul olub.
Suriyadakı vətəndaş müharibəsinin bitməsinə az qalmış Meloni Suriyada hakimiyyəti ələ keçirən Şara və HTŞ qruplaşmasını İŞİD-lə eyniləşdirib. “Biz terrorçuların Suriyadakı xristianları təhdid etməsinə icazə verə bilmərik”,- deyə Meloni bildirmişdi. O, Əsəd rejimi ilə də danışıqlara başlamışdı.
Meloni həmçinin Əsəd rejiminə qarşı Avropa sanksiyalarının ləğvi üçün danışıqlar aparıb. Bununla belə, Şaranın vətəndaş müharibəsində qələbəsi və Dəməşqdə hakimiyyətə gəlməsi Meloninin Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq riskini üzərinə götürməsi demək idi.
Şaranı faktiki olaraq terrorçu adlandıran Meloni indi onunla üz-üzə oturaraq gülümsəyir. Amma sosial şəbəkələrdə bunu Meloninin Şaraya aşiq olması kimi şərh edirlər.
V. QULİYEV