EN

Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Laçın və Qubadlı yasaqlıqların bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Nazir müavini əlavə edib ki, "Böyük Qayıdış" proqramına əsasən, 2027-2030-cı il üçün dövlət proqramı üzrə tədbirlər planı hazırlanır.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsasən məsələlərdən biri də təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər müzakirə edilir.
Chosen
12
1
oxu.az

10Sources