EN

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətinin uzadılması barədə vəsatətini təmin edib. 
 
Moderator.az xəbər verir ki, həbs müddəti 30 dekabr 2025-ci il tarixinədək uzadılıb.
 
Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.
Chosen
17
4
moderator.az

5Sources