EN

“Neftçi” 1 milyon qiyməti olan əcnəbidən imtina edib

Konqo Demokratik Respublikası millisinin oyunçusu Arnaud Lusambanın xidmətindən imtina edib.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Samir Abasov mərkəz yarımmüdafiəçisi ilə anlaşmaq fikrindən vaz keçib.

Baş məşqçi öncə afrikalı legionerə maraq göstərsə də, müəyyən araşdırmadan sonra rəyini dəyişib.

Fransanın Mets şəhərində dünyaya göz açmış Lusamba "Nansi"nin yetirməsidir. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Baniyas"ın formasını geyinib.

Qeyd edək ki, o, 2022-2024-cü illər aralığında Türkiyə Super Liqasında "Alanyaspor" və "Pendikspor"un formasını geyinib. Fransada "Nis" və "Amiens"in, Belçikada "Brugge"nin uğurları üçün tər töküb.

İdman.biz

Məqalədə:
Chosen
7
1
idman.biz

4Sources