AZ

“Neftçi” 1 milyon qiyməti olan əcnəbidən üz çevirdi - SON DƏQİQƏ

Konqo Demokratik Respublikası millisinin oyunçusu Arnaud Lusambanın xidmətindən imtina edib.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Samir Abasov mərkəz yarımmüdafiəçisi ilə anlaşmaq fikrindən vaz keçib. Baş məşqçi öncə afrikalı legionerə maraq göstərsə də, müəyyən araşdırmadan sonra rəyini dəyişib.

Fransanın Mets şəhərində dünyaya göz açmış Lusamba «Nansi»nin yetirməsidir. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərində «Baniyas»ın formasını geyinib.

2022-2024-cü illər aralığında Türkiyə Super Liqasında «Alanyaspor» və «Pendikspor»un formasını geyinib.

Fransada «Nis» və «Amiens»in, Belçikada «Brugge»nin uğurları üçün tər töküb.

Doğulduğu ölkənin 16, 17, 18 və 19 yaşlılardan ibarət yığmalarına çağırılıb.

2022-ci ildə Konqo Demokratik Respublikasının yığmasından gələn təklifi qəbul edib və ötən müddətdə 2 oyunda meydana çıxıb.

Transfmarkt Lusambanın transfer dəyərini 1 milyon avro göstərib.

SPORTİNFO.AZ

Seçilən
9
1
sportinfo.az

4Mənbələr