EN

Ölkə çempionatında yeni mövsümün püşkü atıldı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qadın və kişi voleybolçular arasında Yüksək Liqaların 2025/26 mövsümünün püşkü atılıb."Football-plus.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak edib.Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.Kişilərin çempionatında isə 6 kollektiv - "Azərreyl", “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış edəcək.Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
20
icma.az

10Sources