EN

BDU “THE Avrasiya Universitetlərinin Sammiti”ndə təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndə stendlə təmsil olunur.

Bu barədə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib.

Bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 20-dən artıq ölkədən 300-dən çox iştirakçı, 150-dən çox ali təhsil müəssisəsi və 50-dən artıq beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları, universitetlərin sosial-iqtisadi inkişafa verdiyi töhfələri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında ali təhsilin rolunu müzakirə edir.

Sammit çərçivəsində BDU-nun stendi iştirakçılara universitetin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlığı, davamlı inkişaf sahəsində həyata keçirilən təşəbbüsləri və gələcək strateji hədəfləri barədə geniş məlumat təqdim edib. Ziyarətçilər BDU-nun təhsil və tədqiqat imkanları, beynəlxalq layihələrdə iştirakı və qlobal akademik şəbəkədə mövqeyi ilə tanış olublar.

BDU-nun bu nüfuzlu tədbirdə stendlə təmsil olunması universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Azərbaycanın ali təhsil sisteminin dünyada tanıdılması istiqamətində mühüm addımdır.

Chosen
16
2
tehsil.biz

3Sources