EN

Beynəlxalq Xizək Federasiyasının prezidenti: Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malikdir

BAKI, 24 sentyabr. TELEQRAF

“Bu, Bakıya ikinci gəlişimdir. Belə gözəl və müasir şəhərdə olmaqdan çox xoşbəxtəm”.

Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Yeol Bakıda yeniyetmələr arasında keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. İnanıram ki, bu yarış da uğurla başa çatacaq”.

Qeyd edək ki, turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Chosen
62
1
teleqraf.com

2Sources