BAKI, 24 sentyabr. TELEQRAF
“Bu, Bakıya ikinci gəlişimdir. Belə gözəl və müasir şəhərdə olmaqdan çox xoşbəxtəm”.
Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Yeol Bakıda yeniyetmələr arasında keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. İnanıram ki, bu yarış da uğurla başa çatacaq”.
Qeyd edək ki, turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.