EN

Yankoviçsiz... çətinliklərlə dolu yol

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Benfika" qələbəsinin sevincini yaşayarkən, kədərli xəbərə üzüldük. Yankoviç zədələnib, bir aydan çox müddətə sıradan çıxıb. 

Qarşıdan "Kopenhagen"lə oyun var. Azarkeşlər "Qarabağ"ın Bakıda bu rəqibi məğlub etmək gücündə olduğunu düşünürlər. "Benfika" qələbəsindən sonra hamıyla başabaş oynaya biləcəyimiz təsəvvürü yaranıb bizdə. Yəqin ki, "Liverpul" və "Çelsi" istisna olmaqla. 

Amma Yankoviçsiz çətin olacaq. Yanko "mühərrikdir". Əslində, "Qarabağ" fərdlərin yox, sistemin gücünə oynayır. Amma futbolçu keyfiyyəti, Yankoviçin yerini doldurmağın çətinliyini də danmaq olmur. 

Böyük ehtimalla, Çempionlar Liqası matçlarında Yankoviçin mövqeyində Kadi Borges çıxış edəcək. Qurban Qurbanov boşluğu braziliyalı ilə doldurmağa çalışacaq. 

"Qarabağ" bu yola çıxanda, çətinliklərin olacağını bilirdi. Klubun Türkiyə nəhəngləri kimi böyük büdcəsi yoxdur ki, 23-25 yüksək ödənişli futbolçu cəlb etsin. Bu klubun özəlliyi dünənə qədər Portuqaliyanın aşağı liqalarında oynayan Bikalyo, Duran kimi futbolçuları kəşf edib, onlarla tarix yazmaqdır. 

Yankoviç bir müddət olmayacaq. "Qarabağ" isə yoluna davam etməlidir. Bu yolda itkilər də olacaq, məğlubiyyətlər də. Əsas odur ki, ÇL-də varıq, varlığımızı da ortaya qoya bilirik. 

Həmid

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
sportal.az

2Sources