EN

Yevlaxdan xəbər var! – “Karvan-Yevlax” növbəti ev oyununu doğma azarkeşləri önündə keçirəcək

Elitanın debütantı “Karvan-Yevlax” hələ ki Yevlaxa qayıda bilmir. Ötən həftə PFL-in əməkdaşları Yevlaxı təftiş etsə də, kluba “hə” cavabı verməyib. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev çatışmazlıqların olduğunu, bunlar həllini tapandan sonra Yevlax stadionunun yenidən təftiş olunacağını demişdi.

“Football-plus.az” klubun vitse-prezidenti Kənan Kərimovla əlaqə saxlayaraq problemlərin nə vaxt aradan qalxacağını soruşub:
“PFL təftişə gələndə iki-üç gün idi yağış yağırdı. Meydançaya qum və rezin qırıntıları səpilməliydi. Hava şəraiti üzündən bu iş yubandı. İki-üç gün ərzində bu məsələlər həll olunmalıdı”.
- Kənan bəy, axı problem yalnız meydança ilə bağlı deyil. Media sektoru, hakimlərin yeri, paltardəyişmə otalaqı ilə bağlı nüanslar da var idi.
- Onlar da həll olunub, rahat işlərdi. İnşallah, növbəti ev oyunumuzu Yevlaxda keçirəcəyik.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
6
1
football-plus.az

2Sources