“Football-plus.az” klubun vitse-prezidenti Kənan Kərimovla əlaqə saxlayaraq problemlərin nə vaxt aradan qalxacağını soruşub:
“PFL təftişə gələndə iki-üç gün idi yağış yağırdı. Meydançaya qum və rezin qırıntıları səpilməliydi. Hava şəraiti üzündən bu iş yubandı. İki-üç gün ərzində bu məsələlər həll olunmalıdı”.
- Kənan bəy, axı problem yalnız meydança ilə bağlı deyil. Media sektoru, hakimlərin yeri, paltardəyişmə otalaqı ilə bağlı nüanslar da var idi.- Onlar da həll olunub, rahat işlərdi. İnşallah, növbəti ev oyunumuzu Yevlaxda keçirəcəyik.
MÜZƏFFƏR QULUZADƏ