EN

Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı – “Dövlətim üçün xəcalət çəkirəm…”

Moskvada küçələrdə üzərinə Azərbaycanın milli turizm brendinin reklamı vurulmuş taksi görüntüləri Rusiya ictimaiyyətində yeni mübahisə yaradıb.

Bu dəfə də məsələni qızışdıran Kremlin yaxın çevrəsinə aid, Milli Antikorrupsiya İdarəsinin rəhbəri Kirill Kabanov olub. O, sosial şəbəkələrdə həmin görüntünü paylaşaraq sərt çıxış edib.

Kabanov “Azərbaycan – yenidən bax” şüarını istehza ilə qarşılayıb və bunu “dövlət üçün xəcalət” adlandırıb:
“Azərbaycan hakimiyyəti artıq açıq şəkildə bizim düşmənlərimizi siyasi, maliyyə və hərbi dəstəklə təmin edir. Ukraynaya silah verir, hətta döyüş təyyarələri belə göndərir, humanitar yardım adı altında müharibəni uzadır. Rusiyalıları həbsxanalara atır, rəsmi qurumlarımızın və media orqanlarımızın fəaliyyətini qadağan edir. Və bütün bunların fonunda Moskvada — paytaxtın ictimai nəqliyyatında, Aeroekspressdə və taksilərdə — Azərbaycana mədhiyə oxuyan reklamlar peyda olur. Bu, biabırçılıq deyilmi? Mən öz dövlətim üçün xəcalət çəkirəm”.

WhatsApp

Onun sözlərinə görə, “əgər pul varsa, hər şey olar” prinsipi ilə hərəkət etmək yolverilməzdir. “Biz hara baxmalıyıq və nəyə görə baxmalıyıq? Azərbaycan antirusiya ritorikasını dəyişmədiyi halda biz niyə buna göz yumuruq? Özümüzə hörmətimiz qalmayıbmı?” – deyə Kabanov sual edib.

Musavat.com qeyd edir ki, Kirill Kabanov son aylarda ardıcıl şəkildə Azərbaycanı hədəfə alan çıxışlar edir. O, daha əvvəl də rusiyalıların Azərbaycanda guya “təqib” olunmasını gündəmə gətirmiş, indi isə turizm reklamını siyasi alver kimi təqdim edib. Kabanov sıradan bir sosial şəbəkə istifadəçisi deyil – o, Rusiya dövlət idarəçiliyində mühüm mövqeyə malik, Kremlin yaxın çevrəsinə bağlı bir fiqurdur. Onun bu açıqlamaları təsadüfi görünmür və Azərbaycan əleyhinə kampaniyanın davamı kimi qiymətləndirilir.

Kirill Kabanovun qızışdırıcı, normallaşmaya yönəlməyən açıqlamaları davam edir. Bu isə Azərbaycan-Rusiya münasibətlərində gərginliyin fonunda xüsusi diqqət çəkir və Cənubi Qafqazdakı siyasi qarşıdurmanın Moskva meydanına daşınması kimi dəyərləndirilir.

Musavat.com

Chosen
22
1
editor.az

2Sources