EN

Hacıqabulda “Vətən müharibəsi”ndə şəhid olmuş şəxslərin ailə üzvlərinin ziyarəti davam edir — FOTOLAR

23 sentyabr 2025-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı “Vətən müharibəsində” şəhid olmuş Ağamaliyev Şəhriyar Əvəz oğlunun, Şıxəliyev Mehti Yalçın oğlunun, Yaqubov Hümbət Mərhəmət oğlunun, Hüseynov Nicat Adil oğlunun və Quliyev Turab Əlisafa oğlunun ailələri ziyarət edildi.

Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

 















Chosen
6
3
demokrat.az

4Sources