Bakı, 24 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5 milyard 558,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 006,7 milyon manatlıq xidmət göstərilib.
Bu, xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib.