EN

Bakıda növbəti ağacəkmə aksiyası

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda, Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib. 

Aksiyada BŞİH-in  rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri  iştirak ediblər. Ərazi iştirakçılar tərəfindən yararsız tullantılardan təmizlənərək burada Abşeronun torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.  

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Ü.Qarayev

XQ

Chosen
6
16
xalqqazeti.az

10Sources