EN

Msxetanın Msxaldidi kəndində Babul Həvaic məscidinin açılış mərasimi keçirilib

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Msxeta rayonunun Msxaldidi kəndində əsaslı təmirdən sonra “Babul Həvaic” məscidinin açılış mərasimi keçirilib.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən dövlət rəsmiləri, din xadimləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim Qurani-Kərim tilavəti ilə başlayıb. Mübarək ayələri Hacı Rahid Kərimov səsləndirib. Tədbirin aparıcısı İsak Novruzov qonaqları salamlayaraq mərasimin əhəmiyyətindən danışıb.

Açılışda məscidin axundu Hüseyn Şahverdov çıxış edərək qonaqlara məscidin bərpası prosesi barədə məlumat verib. Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev geniş nitq söyləyərək bildirib ki, məscidlərin bərpası Gürcüstanda dini dəyərlərə, multikultural ənənələrə və tolerantlıq mühitinə göstərilən diqqətin bariz nümunəsidir. Şeyx vurğulayıb ki, məscidlər yalnız ibadət məkanı deyil, həm də gənc nəslin dini və milli-mənəvi tərbiyəsində, vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm rol oynayır.

Tədbirdə müfti Etibar Eminov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Din üzrə Strateji Araşdırmalar, Təhlil və Regional Xidmətinin rəhbəri Nino Çavçavadze, Azərbaycan səfirliyinin nümayəndəsi Cavid Maharramov, İran səfirliyindən Dr. Ali Qurbani, Türkiyə səfirliyinin dini müşaviri Mahmud Göl, iş adamı Əlixan Quliyev, din xadimləri Hacı Ramin İgidov və Hacı Yasin Əliyev, kənd nümayəndəsi Sabir Allahverdov, Ağsaqqallar Şurasının sədr müavini Hacı Mayak Nemətov da çıxış ediblər.

Mərasimdə iştirak edənlər arasında Qərbi Gürcüstan müftisinin Tbilisi üzrə nümayəndəsi Hacı İaqo Beridze, din xadimləri Hacı Namiq Hüseynov, Hacı Niyazi Əmirxanov, Hacı İfrət Əhmədov, Hacı Hümbət Quliyev, Hacı Şirxan Çobanov və digər qonaqlar da olub. Tədbirin sonunda Gürcüstana və bütün dünyaya sülh və əmin-amanlıq arzulanıb. Mərasimin ikinci hissəsində isə iştirakçılar üçün ehsan süfrəsi təşkil olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
xalqqazeti.az

2Sources