Məhkəmə erməni kilsəsinin Şirak yeparxiyasının başçısı, arxiyepiskop Mikael Acapazyanı həbsdə saxlayıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə Acapazyanın vəkilinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini təmin etməyib. Arxiyepiskop barəsində həbs qətimkan tədbiri dəyişməz qalıb.
Əlavə dinləmələr sentyabrın 29-na təyin olunub.
Qeyd edək ki, Mikael Acapazyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.