EN

Cəbrayıl, Qubadlı və Zəngilanda minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Cəbrayılda İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclası keçirilib.

Bu barədə Sherg.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, iclasda işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər və mövcud çağırışlar müzakirə edilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonu yalnız işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün deyil, həm də bütün regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84,146.5 hektar olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210,655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev ölkə rəhbərinin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işlərinin keçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlı məskunlaşmasına xidmət etdiyini bildirib.


Chosen
34
8
sherg.az

10Sources