Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sentyabrın 25-də İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.Bizim.Media xəbər verir ki, buna səbəb diametri 225 mm-lik PE “Bəhrəmtəpə” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.