AZ

Bu rayonun 7 kəndi və 1 qəsəbəsində qaz olmayacaq

Sabah İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Axar.az xəbər verir ki, buna səbəb diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.

Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
30
8
axar.az

10Mənbələr