EN

FIFA 2030 mundialını 64 komanda ilə keçirməyi planlaşdırır

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını rekord sayda – 64 komandanın iştirakı ilə təşkil etməyə hazırdır. 

90deqiqe.Az-ın "Ole"yə istinadən məlumatına görə, FIFA Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) genişləndirmə təklifini dəstəkləyəcək. Belə halda mundial 16 qrupdan ibarət olacaq, hər qrupda 4 komanda mübarizə aparacaq. Pley-off mərhələsinə isə hər qrupdan ən yaxşı iki yığma yüksələcək.

Turnirin oyunları İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Qruplardan 3-ü tam şəkildə Cənubi Amerikada oynanılacaq, digər matçlar isə Avropa və Afrikada baş tutacaq.

Xatırladaq ki, FIFA artıq mundialdakı iştirakçı sayını 32-dən 48-ə yüksəldib. 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.

Chosen
75
90deqiqe.az

1Sources