EN

Nazir: "ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Avropaya Rusiyadan tədarük olunan bütün qaz, neft və neft məhsullarını tam əvəzləməyə hazırdır".
Oxu.Az bildirir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində deyib.
"Bizdə bunun üçün lazımi imkanlar var. Biz onların tələbatını ödəməyə hazırıq" , - deyə o vurğulayıb.
Xatırladaq ki, Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən Rusiya nefti və qazını almağa davam edən Avropa ölkələrini tənqid etmişdi.
Rayt isə qeyd etmişdi ki, Avropa İttifaqının Rusiyadan neft və qaz idxalını dayandırması Trampın Ukraynadakı döyüş əməliyyatlarını bitirmək səylərinə kömək edə bilər.
Chosen
46
42
oxu.az

10Sources